Azərbaycan və “ACWA Power” dəniz suyunun duzsuzlaşdırılmasını müzakirə edib

04.04.2025

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Azərbaycan Səudiyyə Ərəbistanın “ACWA Power” şirkəti ilə ölkədə dəniz suyunun duzsuzlaşdırılması layihəsini müzakirə edib.
Newscenter.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, “ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşməkdən məmnun olub: “Əməkdaşlığın gündəliyində olan məsələlər, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi, dayanıqlı enerji həlləri sahəsində təcrübə mübadiləsi və potensial birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq”.
Mehman Mehdiyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью