Azərbaycan və Alipay rəqəmsal ödənişlərin təşviqini müzakirə edib | Icma.az
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və “Ant International” ("Alipay") şirkəti arasında rəqəmsal ödənişlərin təşviqi müzakirə edilib.
SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana işgüzar səfər çərçivəsində “Ant International”ın baş vitse-prezidenti və baş dayanıqlılıq inzibatçısı Limin Çenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycanda maliyyə texnologiyalarının inkişafı və rəqəmsal ödənişlərin təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər, eləcə də ikitərəfli maraq doğuran digər məsələlər müzakirə olunub.
‎ Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu