Azərbaycan və Almaniya arasında 80 sənəd və saziş qüvvədədir

18.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin, eləcə də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı və beynəlxalq proseslər müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur. Bu ilin aprel ayında Bakıda siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

C.Bayramovun sözlərinə görə, Azərbaycan və Almaniya arasında geniş hüquqi müqavilə bazası formalaşıb. Hazırda iki ölkə arasında 80 müxtəlif sənəd və saziş qüvvədədir, daha 10 sənəd üzrə isə işlər davam etdirilir.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью