Azərbaycan və Almaniya “yaşıl” hidrogen təşəbbüslərini müzakirə ediblər

18.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

COP29 konfransı çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə M.Cabbarov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətini, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsindəki fəal iştirakını, bərpa olunan enerji layihələrini, dayanıqlı həll yollarına keçidi və “yaşıl” hidrogen təşəbbüslərini müzakirə ediblər.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью