Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın xarici siyasətində Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər artıq sadə tərəfdaşlıq yox, strateji müttəfiqlik mərhələsinə keçib. Prezident İlham Əliyevin Əbu-Dabiyə işgüzar səfəri də məhz bu xəttin növbəti mühüm detalı kimi qiymətləndirilir.
Baku TV-nin məlumatına görə, Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsinin düzülməsi, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirilən görüşlər və imzalanan sənədlər göstərir ki, Bakı ilə Əbu-Dabi arasında əlaqələr yalnız diplomatik münasibətlərdən ibarət deyil, burada enerji, iqtisadiyyat, müdafiə və təhlükəsizlik sahələrində real strateji inteqrasiya formalaşır.

Liderlərin görüş zamanı iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, xüsusilə də bərpaolunan enerji sahələrində genişləndirilməsi vurğulandı. Ən diqqətçəkən addımlardan biri isə Cənub Qaz Dəhlizi layihəsində payın bir hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qoluna satılması oldu.
Bu isə sadəcə kommersiya razılaşması deyildi. Həmin addım BƏƏ-nin Azərbaycanın enerji təhlükəsizliyi arxitekturasına birbaşa daxil olması deməkdir.
Amma səfərin ən mühüm və simvolik hissəsi heç şübhəsiz hərbi sahədə əməkdaşlıqdır. Əbu-Dabidə keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimləri iki ölkənin xüsusi təyinatlı və hərbi bölmələrinin antiterror əməliyyatları, girovların azad edilməsi, yaşayış məntəqələrinin təmizlənməsi, dəniz əməliyyatlarında real döyüş ssenariləri üzrə koordinasiyasını nümayiş etdirdi. Bu, sıradan bir hərbi təlim deyil. Azərbaycan indiyə qədər belə səviyyəli və yaxın formatlı birgə təlimləri əsasən Türkiyə ilə keçirirdi.
İndi isə BƏƏ ilə eyni səviyyədə hərbi uyğunluğun qurulması iki ölkə arasında etimadın nə qədər dərin olduğunu göstərir. Başqa sözlə, Bakı ilə Əbu-Dabi münasibətləri artıq siyasi dostluqdan təhlükəsizlik tərəfdaşlığına keçir. Bu yaxınlığın qarşılıqlı xarakter daşıdığını isə əvvəlki səfərlər təsdiqləyir.
Xatırladaq ki, BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Bakıya və işğaldan azad olunmuş Şuşaya səfər etmiş, Azərbaycanın ərazi bütövlüyünə və post-münaqişə quruculuq prosesinə açıq dəstək bildirmişdi. Bu, ərəb dünyasından verilən ən güclü siyasi mesajlardan biri idi.
Cənab İlham Əliyevin Əbu-Dabi səfəri isə həmin siyasi dəstəyin artıq iqtisadi və hərbi əməkdaşlıqla möhkəmləndirilməsi mərhələsi kimi qiymətləndirilir.
Ekspertlərin fikrincə, Azərbaycanla BƏƏ arasında formalaşan model Yaxın Şərq-Qafqaz xəttində yeni geosiyasi körpü yaradır. Enerji, sərmayə və təhlükəsizlik sahələrində bu inteqrasiya gələcəkdə daha böyük layihələrin əsasını qoya bilər.
Beləliklə, Prezident İlham Əliyevin bu səfəri göstərdi ki, Azərbaycan təkcə regionda deyil, artıq qlobal tərəfdaş şəbəkəsində mövqeyini gücləndirən oyunçuya çevrilir. Bakı ilə Əbu-Dabi arasında münasibətlər isə strateji etimadın və real müttəfiqliyin nümunəsidir.