Azərbaycan və Belarus səhiyyə sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə edib

16.04.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviçi qəbul edib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Tibb sahəsində ikitərəfli əməkdaşlığın aktual məsələləri, o cümlədən birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi, sanatoriya-kurort müalicəsi və mütəxəssislərin hazırlanması məsələləri müzakirə olunub", - paylaşımda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью