Azərbaycan və Bolqarıstan HHQ nin ekspert görüşü keçirilib

24.07.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan və Bolqarıstan Hərbi Hava Qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Aviasiya vasitələrinə texniki qulluq” mövzusunda ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə qonaqlara aviasiya təhlükəsizliyi mövzusunda brifinq təqdim olunduqdan sonra geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb, eləcə də bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью