Azərbaycan və Britaniya birgə silah istehsal edə bilər Hərbi ekspert

13.11.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması hər iki müttəfiq ölkənin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının genişlənməsi ilə nəticələnəcək. Britaniya müdafiə sənayesinin bir çox sahələrində, xüsusilə iriçaplı silahların istehsalında, dron texnologiyalarına investisiyaların yatırılmasında, döyüş gəmilərinin inşasında, uzaqmənzilli raketlərin və tank əleyhinə sistemlərin istehsalında ciddi nailiyyətlər əldə edib".

Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəm arasında 12 noyabr 2026-cı ildə imzalanmış "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"nin müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətindən danışarkən bildirdi.

"Eyni zamanda, Türkiyəyə ixrac olunan "Eurofighter Typhoon" qırıcılarının, eləcə də döyüş və əsas döyüş tanklarının istehsalında Britaniyanın mühüm təcrübəsi var. Azərbaycan da sadalanan istiqamətlərin bir çoxunda döyüş təcrübəsinə malikdir. Buna görə də hesab edirəm ki, bu sahədə əməkdaşlıq hər iki ölkənin milli və dövlət maraqlarına tamamilə uyğundur. Sadalanan istiqamətlərin bir çoxu üzrə Azərbaycan və Böyük Britaniya arasında birgə istehsal müəssisələrinin yaradılması da mümkündür", - deyə o yekunlaşdırdı. 

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью