Azərbaycan və Çili milli komandaları qarşılaşıb

09.06.2026

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

İyunun 9-da Bakı şəhərində keçirilən Çövkən üzrə 2-ci Dünya Çempionatının növbəti oyununda Azərbaycan və Çili milli komandaları qarşılaşıb.

Xalqcebhesi.az xəbər verir ki, yüksək rəqabət və qarşılıqlı mübarizə şəraitində keçən görüşdə hər iki komanda etibarlı oyun nümayiş etdirib.

Tərəflərin səylərinə baxmayaraq hesab açılmamış və qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, komandalar turnir cədvəlinə 1 xal əlavə edib.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью