Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb

01.10.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçirilən ADEX - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə Çin Xalq Respublikasının (ÇXR) müdafiə sənayesi korporasiyası olan NORINCO-nun (China North Industries Group Corporation) vitse-prezidenti Vanq Çuan arasında görüş keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə ANAMA-nın "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Görüş zamanı humanitar minatəmizləmə sahəsində müasir texnologiyaların tətbiqi, texniki imkanların genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью