Azərbaycan və Çin birgə universitetin yaradılmasını müzakirə edir

13.02.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində sözügedən ölkənin təhsil nazirinin müavini Ren Youqun ilə görüşü baş tutub.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər süni intellekt, ümumi təhsil sahəsində nəzərdə tutulan yeni təşəbbüslər, o cümlədən ali təhsil sahəsində birgə universitetin yaradılması imkanı da daxil olmaqla, bir sıra əməkdaşlıq istiqamətləri üzərində ətraflı fikir mübadiləsi aparıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью