Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 22 aprel, AZƏRTAC Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulması
Çin tərəfindən Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrında tanınması və 1992-ci ilin aprelində ikitərəfli diplomatik əlaqələrin qur
1992-ci ildə Çinin Azərbaycandakı səfirliyi, 1993-cü ildə isə Azərbaycanın Çindəki səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Təbii ki, Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov AZƏRTAC-a şərhində bildirib ki, bu illər ərzində əlaqələrimiz qarşılıqlı etimad əsasında inkişaf edib, son illər həm də geniş vüsət almağa başlayıb.
O qeyd edib ki, bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
“Ümumilikdə isə Azərbaycan-Çin əlaqələrinin tarixi qədim İpək Yolundan başlayır.
Hələ 2500 il bundan öncə qədim İpək Yolu vasitəsilə iki ölkə arasında ticari və mədəni əlaqələr mövcud olub.