Azərbaycan və Dominikan diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edildi

15.12.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan və Dominikan diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilir.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" təsdiq edilib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью