Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və Ermənistan arasındakı danışıqların təşviqi baxımından daha fəal rol oynamağımıza ehtiyac yaranarsa, buna hazırıq.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Biz Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərimizlə fəxr edirik.
Əgər Azərbaycan və Ermənistan arasındakı danışıqların təşviqi baxımından daha fəal rol oynamağımıza ehtiyac yaranarsa, biz buna hazırıq, lakin bu, tərəfdaşlarla məsləhətləşmələrdən asılıdır”, - o vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.