Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin yenidən bərpası müzakirə olunan məsə…
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib ki, Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş olacaq.
Tərəflər arasında görüş baş tutarsa, bu, iqtisadiyyatın hansı sahələrində özünü göstərəcək?
Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Davos İqtisadi Forumunda Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı bir sıra vacib mesajlar verildi: "Təbii ki, Azərbaycan Prezidenti bütövlükdə Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bir daha bəyan etdi və Azərbaycanın regionda sülh və əməkdaşlığın daha da dərinləşməsindəki marağını təqdim etdi.
Ermənistan tərəfi də Azərbaycan və Ermənistan biznes subyektlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyini bildirib.
Əslində Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin yenidən bərpası müzakirə olunan məsələlərdəndir.
Xüsusilə nəzərə alsaq ki, son dövrlər bu istiqamətdə müəyyən addımlar atılır: bir tərəfdən biz Azərbaycanın Ermənistana benzin ixracatını müşahidə edirik, digər tərəfdən isə Azərbaycan ərazisindən Ermənistana göndərilən bütün yüklərlə bağlı bütün qadağalar aradan qaldırılıb ki, bu da Azərbaycanın sülh gündəliyinə verdiyi bir töhfədir".
Millət vəkilinin sözlərinə görə, bütün bunların növbəti mərhələdə iqtisadi əlaqələrə də təsir göstərəcəyi gözlənilir: "İlkin qiymətləndirmələr göstərir ki, Azərbaycan və Ermənistan arasında 38 məhsul üzrə idxal və ixracın həyata keçirilməsi mümkündür.
Tam oxu
Xəbəri oxu