Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması yalnız o zaman mümkündür ki, ...

29.01.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


“2026-cı ildə sülh müqaviləsinin imzalanma perspektivlərini dəyərləndirərkən həm müsbət, həm də riskli məqamları nəzərə almaq lazımdır”.
Bunu Newscenter.az-a politoloq Yusif Bağırzadə Müsbət tərəf ondan ibarətdir ki, artıq razılaşdırılmış və paraflanmış mətn mövcuddur. Onun sözlərinə görə, bu, diplomatik prosesin ən çətin mərhələsinin geridə qaldığını göstərir:
“Eyni zamanda, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində texniki dialoqun davam etməsi, eləcə də regional nəqliyyat-kommunikasiya layihələrinin gündəmdə qalması sülh üçün əlavə stimul yaradır. ABŞ-nin prosesi açıq şəkildə dəstəkləməsi də mühüm amildir.
Digər tərəfdən, əsas risk Ermənistanın daxili siyasi mühitindəki qeyri-sabitliklə bağlıdır. Konstitusiya dəyişikliyi referendum və ya geniş siyasi konsensus tələb edir. Ermənistan cəmiyyətində və siyasi spektrində sülh gündəliyinə qarşı müqavimət hələ də qalmaqdadır. Bu faktor prosesin uzanmasına səbəb ola bilər”.
Yusif Bağırzadənin sözlərinə görə, 2026-cı il ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması yalnız o zaman mümkündür ki, Ermənistan öz Konstitusiyasında müvafiq dəyişiklikləri təsbit etmiş olsun:
“Əks halda, sülh prosesi yenə də siyasi gözləmə mərhələsində qalacaq”.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью