Icma.az bildirir, Missiya.az portalına istinadən.
“Ermənistan və Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq”.
Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan və Azərbaycan öz aralarında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin layihəsini razılaşdırıblar.
“Sazişin mətni razılaşdırılıb və onun imzalanmasına heç bir maneə yoxdur”, - deyə siyasətçi vurğulayıb.
O, Azərbaycan və Ermənistan arasında müharibəni unutmağa çağırıb.
Paşinyan qeyd edib ki, biz Cənubi Qafqazın tarixində yeni səhifəni birlikdə açacağıq və eyni vaxtda sülh sazişini, o cümlədən Minsk Qrupu təşkilatlarının ləğvi ilə bağlı Ermənistan-Azərbaycan birgə petisiyasını imzalamağa hazırıq.
Daşqın Həsənov
Missiya.Az