Azərbaycan və Ermənistan dəmiryoluyla Rusiyadan sıxılmış qaz və bitum çatdırılması barədə razılığa gəlib

27.01.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İrəvan, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Rusiyadan mayeləşdirilmiş təbii qaz və bitum tədarükü üçün Bakı ilə razılığa gəlib.

APA xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyan sosial media hesabında məlumat verib.

Əvvəllər İran və Gürcüstan üzərindən logistika problemləri səbəbilə yaranan mayeləşdirilmiş qaz qıtlığı fonunda Ermənistan hökumətinin Rusiyadan mayeləşdirilmiş qazı Azərbaycan ərazisindən keçirməklə idxal etmək qərarına gəldiyi ilə bağlı xəbərlər yayılmışdı.

Daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan yüklərin tranzit daşınması ilə bağlı Ermənistanın Azərbaycana müraciət etdiyini açıqlamışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью