Azərbaycan və Ermənistan deputatları İstanbulda görüşəcək? AÇIQLAMA

10.10.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan parlamentinin deputatları ATƏT Parlament Assambleyasının (PA) Payız Sessiyasının işində iştirak etmək üçün 16-20 noyabr 2025-ci il tarixlərində İstanbula səfər edəcək. 

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, ATƏT PA nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib.

Qeyd edək ki, Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan, nümayəndə heyətinin üzvləri, deputatlar Mariya Karapetyan, Lilit Minasyan, Artur Hovhannisyan və digərləri də tədbirdə iştirak edəcək.

Azay Quliyev vurğulayıb ki, heyətin üzvləri hələlik məlum olmasa da, tədbirdə iştirak edəcək erməni nümayəndələri ilə görüş nəzərdə tutulmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью