Azərbaycan və Ermənistan generalları eyni toplantıda FOTO | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında görüşü keçirilir.
Modern.az-ın məlumatına görə, iclasda Azərbaycan və Ermənistan da təmsil olunur.
Azərbaycandan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Ermənistandan Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan iştirak edir.
Görüşdə cari qlobal və regional təhlükələr, çağırışlar barədə məlumatlılığın artırılması və onların təsirinin azaldılması üçün kollektiv həll yollarının axtarışı, iqlim dəyişikliyi, qeyri-sabitlik, yeni yaranan və pozucu texnologiyalar, hibrid və kiber təhdidlər dövründə kritik həyatı dəstəkləyən infrastrukturların dayanıqlılığı, həmçinin NATO-nun rəhbərlik etdiyi əməliyyat və missiyalarda tərəfdaş dövlətlərin iştirakı ilə bağlı məsələlər müzakirə olunur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu