Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşü: Hansı məsələlər müzakirə oluna bi…
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sabah Almaniyada 61-ci Münxen Təhlükəsizlik Konfransı öz işinə başlayır. Konfrans çərçivəsində 200-ə yaxın rəsmi tədbir keçiriləcək.
Konfrans çərçivəsində qlobal idarəetmə, demokratik davamlılıq, iqlim təhlükəsizliyi və bir çox başqa mövzular daxil olmaqla qlobal təhlükəsizlik çağırışlarına diqqət yetiriləcək, beynəlxalq asayişin vəziyyəti, eləcə də regional münaqişələr və böhranlar ətrafında müzakirələr aparılacaq.
Transatlantik tərəfdaşlığın gələcəyi də konfransın ikinci gününün diqqət mərkəzində olacaq.
Bazar günü konfrans Avropanın dünyada roluna dair müzakirələrlə yekunlaşacaq.
Qeyd edək ki, konfransda Cənubi Qafqaz ölkələrinin liderlərinin də iştirak edəcəyi gözlənilir.
Hər üç ölkənin lideri əvvəlki konfranslarda dəvət edilənlər arasında olub.
Bu il də tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin iştirak edəcəyi gözlənilir.
Tam oxu
Xəbəri oxu