Azərbaycan və Ermənistan səfirlərindən sülh FOTOSU

23.10.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

İtaliyada “Sülh mümkündür” adlı müzakirələr keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr bildirib ki, tədbiri Diplomatiya Festivalının prezidenti Corcio Bartolomuçi təşkil edib. Müzakirələrdə Ermənistanın səfiri Vladimir Karapetyan və Azərbaycanın səfiri Rəşad Aslanov iştirak ediblər.

Tədbirdə İtaliya universitetlərindən 150-yə yaxın tədqiqatçı və tələbə yer alıb.

Ermənistan və Azərbaycan diplomatları da ABŞ Prezidenti Donald Trampın sülh prosesinin irəliləyişindəki rolunu vurğulayıblar.

Səfirlər çıxışlarından sonra tələbələrin suallarını cavablandırıblar.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью