Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri görüşdü... Nə ilə bağlı?.. FOTO

28.01.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 27-də Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşetin dəvəti ilə Ermənistan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Viktor Yengibaryan və Azərbaycan Respublikasının səfiri Nəsimi Ağayev “Cənubi Qafqazda Dönüş Zamanları: Azərbaycan və Ermənistan arasında tarixi sülh, Almaniyanın rolu və Avropanın Yeni Şərq Əlaqəsi” mövzusunda müzakirədə iştirak ediblər.

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu barədə mediaya Ermənistan səfirliyi informasiya çatdırıb.

Ermənistan səfiri Viktor Yengibaryan çıxışında Almaniya hökumətinə və şəxsən əvvəllər Bundestaqın Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri olmuş Federal Xarici İşlər Naziri Yohann Vadepula əvvəlki dövrdə göstərilən konstruktiv iş və dəstəyə görə təşəkkürünü bildirib.  

Tədbirdə onlarla mütəxəssis, parlament üzvü və media nümayəndələri iştirak edib. Tədbir Münhen Maksimilian Universiteti və Axen Universitetinin Beynəlxalq Əməkdaşlıq, Texnoloji Diplomatiya və Kommunikasiya İnstitutu tərəfindən təşkil olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью