Azərbaycan və Ermənistanın dövlət bayraqları Ağ Evə gətirildi

08.08.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Azərbaycan və Ermənistanın dövlət bayraqları Ağ Evə gətirilib.

Lent.az xəbər verir ki, Ağ Evdə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin hazırlıq işləri həyata keçirilir.

Qeyd edək ki, bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.

İlk olaraq Trampın Bakı vaxtı ilə 22:30-da N.Paşinyanla, 23:20-də isə Prezident İlham Əliyevlə görüş keçirəcəyi planlaşdırılır. 

Gecə yarısı isə üç lider birgə bəyanat verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью