Azərbaycan və Estoniya arasında iqtisadi əməkdaşlıq və investisiya imkanları müzakirə olun…
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Estoniyanın xarici işlər naziri Marqus Tsahknan ilə görüşüb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib. Görüşdə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
"Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın başçılıq etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaq xoş oldu.
iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini vurğulayaraq biznes, ticarət və investisiya əlaqələrinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Estoniya şirkətlərinin iştirak etməsi, özəl sektorda rəqəmsal həllərin tətbiqi sahəsində təcrübə mübadiləsi imkanlarını dəyərləndirdik" , - deyə o qeyd edib.
Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın (@Tsahkna) başçılıq etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaq xoş oldu.#İqtisadi əməkdaşlığın inkişaf perspektivlərini vurğulayaraq #biznes, #ticarət və #investisiya əlaqələrinin gücləndirilməsi, işğaldan azad edilmiş… pic.twitter.com/EHSEBMiWN7— Mikayil Jabbarov (@MikayilJabbarov) October 22, 2025 Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu