Azərbaycan və Fransa: Parisin siyasəti Qafqazda Qərb üçün maneə kimi | Icma.az
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın 2020-ci il İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra Bakı ilə Paris arasında gərginlik yaşanır.
Azərbaycan Qarabağ bölgəsini Ermənistan silahlı qüvvələrinin işğalından azad edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Bu, BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun şəkildə olsa da, Fransa Ermənistanı açıq şəkildə dəstəklədi.
"Report" xəbər verir ki, bu barədə Uorvik Universitetinin tələbəsi Ramiz Əhmədzadənin Perspectives.news saytında dərc etdiyi məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, Fransa Emmanuel Makronun prezidentliyinə qədər ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllinin fəal iştirakçısı olub.
Lakin 2020-ci ildə Ermənistan işğalçı qüvvələrinin məğlubiyyətindən sonra Paris fərqli mövqe tutdu.
Artıq həmin ilin noyabrında Fransa Senatı qondarma Dağlıq Qarabağ respublikasının (DQR) tanınması ilə bağlı beynəlxalq hüquqa zidd olan qətnamə qəbul etdi.
Tam oxu
Xəbəri oxu