Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Həm Azərbaycan, həm də Gürcüstan xalqı əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar.
Bu dostluq və qonşuluq ənənələri bu gün davam edərək ölkələr arasında bütün istiqamətlər üzrə uğurla inkişaf edir.
Ölkələrimiz eyni zamanda strateji tərəfdaşlıq səviyyəsinə də yüksəlmişdir.
İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir.Sirr deyil ki, bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.
Uğurlu iqtisadi siyasət və sərmayələrin cəlb edilməsi həmçinin Azərbaycan investorlarını da Gürcüstana sərmayələrini qoymağa həvəsləndirmişdir.Gürcüstanın Baş naziri İrakli Kobaxidze əbəs yerə Azərbaycana səfər etməmişdir.
Bu səfərin həm Gürcüstan, həm də Azərbaycan üçün xüsusi əhəmiyyəti vardır.
Belə ki, iki ölkə arasında mövcud olan enerji sahəsində əməkdaşlığı xüsusi vurğulamaq lazımdır.