Azərbaycan və Gürcüstan XİN ləri arasında məsləhətləşmələr aparıldı

22.07.2025

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Tbilisidə Azərbaycan və Gürcüstanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Sitat.info  xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Gürcüstan tərəfindən xarici işlər nazirinin müavini Laşa Darsaliya başçılıq ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında güclü strateji tərəfdaşlıq və sıx ikitərəfli əməkdaşlıq vurğulanıb.

Tərəflər ticari-iqtsadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və sərmayələrin cəlb edilməsi məsələsini müzakirə ediblər.

Müzakirələr çərçivəsində Cənubi Qafqaz bölgəsində baş verən proseslər də nəzərdən keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью