Azərbaycan və Gürcüstanı tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir ŞƏRH | Icma.az
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə işgüzar səfəri diqqət mərkəzindədir.
Ötən il oktyabrın 26-dakı parlament seçkisindən sonra Gürcüstan baş naziri İrakli Kobaxidzenin ilk xarici səfərini niyə məhz Azərbaycana etməsi ciddi maraq doğurub.Əslində isə bu məqama baş nazir elə öz açıqlamasında aydınlıq gətirib: "Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də örnəksiniz.
Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur".
Mətbuat qarşısında səsləndirilən bu bəyanatla cənab Kobaxidze əslində ölkəsinin də Azərbaycanın geydiyi yolla gedəcəyini, yəni ancaq öz milli maraqlarından çıxış edəcəyini, hər hansı bir gücün diqtəsi ilə durub-oturmayacağını, ən azından belə bir niyyətdə olduqlarını diqqətə çatdırırdı.
Qərbdəki bəlli çevrələrin rəsmi Tiflisə etdikləri təzyiqlərin də arxasında ilk növbədə elə "Gürcü Arzusu"nun həmən güclərin bizim regionda bölücü xətlər çəkmək planında yer almaq istəməməsi durur.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır" sözləri də qeyd edilənləri təsdiqləyir.
Hazırda Azərbaycan və Gürcüstanın bir çox sahələr üzrə fəal əməkdaşlıq etdiyini xatırladan Milli Məclisin deputatı Səbinə Salmanova "Sherg.az" a açıqlamasında qeyd edib ki, strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub: "Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə səfərinin xüsusi əhəmiyyəti var.
Tam oxu
Xəbəri oxu