Azərbaycan və Haiti oyununa bu sayda bilet satılıb

21.03.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Azərbaycan və Haiti yığmaları arasında keçiriləcək yoldaşlıq oyununa 1400 bilet satılıb.

Bu barədə Milli.Az-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 2, 5 və 10 (VİP) manatdır.

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Haiti görüşü saat 21:45-də başlayacaq.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью