Azərbaycan və İran arasında mühüm müzakirə

02.12.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya İdarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb, ölkəmizin Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu onlara təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd olunub ki, keçirilən görüşlərdə həmçinin, ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

İran XİN-in Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri ilə keçirilən görüşdə baş konsul Taleh Zöhrabov konsul patentini ona təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью