Azərbaycan və İran beynəlxalq platformalarda əməkdaşlığı möhkəmləndirirlər

31.07.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat İran Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.

Görüş zamanı iki ölkə arasında beynəlxalq və regional platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər bir çox qlobal məsələlərdə Azərbaycan və İranın mövqelərinin üst-üstə düşdüyünü vurğulayıblar. Həmçinin beynəlxalq təşkilatlarda qarşıdan gələn seçkilərlə bağlı daha sıx əlaqələndirmə və qarşılıqlı dəstəyin vacibliyi qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью