“Azərbaycan və İran bir bədənin hissələridir” Pezeşkian

23.04.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan və İran bir bədənin hissələridir". 

"AzPolitika" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

O, hökumətin iclasında İran və Azərbaycan xalqları arasında qədim ortaq tarixə və mədəni ortaq cəhətlərə toxunaraq deyib:"Sərhədin hər iki tərəfindəki xalqların minilliklərə söykənən və dərin dostluqlara əsaslanan geniş qarşılıqlı maraqları var. İki ölkənin qarşılıqlı əlaqələrinin imkanların çox genişdir. İki ölkə arasında mövcud münasibətlərin bərpası prosesi davam etdikcə, tezliklə münasibətlərin və əməkdaşlığın sürətli və ciddi yüksəlişinin şahidi olacağıq”.

İclasda iştirak edən nazirlər Azərbaycanla əməkdaşlığın son vəziyyətini və müvafiq sahələrdə əlaqələrin genişləndirilməsi üçün aparılan məsləhətləşmələr barədə məlumat veriblər.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью