Azərbaycan və İran Cənub Yük Terminalının fəaliyyətini genişləndirə bilər

18.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsi müzakirə olunub.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Rövşən Rüstəmov İrana səfər edərək bu ölkənin dəmiryol administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüş keçirib. Görüşdə “Cənub Yük Terminalı”nın İranda yerləşlən Astara terminalının inkişafı üçün əsas mərhələlər və icra müddətləri, eyni zamanda, törəmə şirkətin fəaliyyətinin genişləndirilməsi üçün atılacaq ortaq addımlar, Araz çayı üzərində dəmiryol körpüsünün məsələsi müzakirə edilib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью