Azərbaycan və İran əlaqələrinin mövcud vəziyyəti müzakirə edilib

20.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 20-də İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb.

Bu barədə "Operativ Media"a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb:

"Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью