Azərbaycan və İran Hərbi Dəniz qüvvələri komandanları Rusiyada görüşəcəklər

06.10.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələri komandanlarının mühüm iclası keçiriləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə IRIB dövlət teleradio şirkəti məlumat yayıb.

Bildirilir ki, İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Şahram İrani artıq Sankt-Peterburqa yollanıb.

Səfər çərçivəsində Şahram İrani Rusiya Hərbi Dəniz Donanmasının, eləcə də Azərbaycan və Qazaxıstan Hərbi Dəniz qüvvələrinin rəhbərləri ilə mühüm danışıqlar aparacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью