Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.Bu barədə məlumatı Azərbaycanın İsraildəki Səfirliyi öz “X” hesabında paylaşıb.Bildirilib ki, tərəflər görüş zamanı Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də regionda baş verən hadisələri müzakirə ediblər.Qeyd edək ki, Azərbaycan və İsrail arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.
İki ölkə arasında xüsusilə iqtisadi, enerji və hərbi sahələrdə güclü əməkdaşlıq mövcuddur.
Həmçinin ticarət və kənd təsərrüfatı, yüksək texnologiyalar və tibb sahələrində də birgə fəaliyyətdədirlər.Politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, Azərbaycan və İsrail rəsmiləri arasındakı görüş çox mühüm əhəmiyyətə malikdir:"İki ölkə arasında müsbət əlaqələr mövcuddur.
Bu gün Azərbaycanın İsraillə bir çox sahələrdə əməkdaşlığı göz önündədir.
İsrailin Baş naziri ilə Hikmət Hacıyevin görüşünü xüsusi dəyərləndirmək lazımdır.
Burada əməkdaşlığın yeni perspektivləri və modelləri ətrafında da səmərəli müzakirələr aparılacaq.
Özəlliklə, təkcə siyasi mənada deyil, həm də iqtisadi və digər sahələrdən də danışılacaq.