Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan və İsrail əməkdaşlıq üçün yeni işçi qrupun yaradılması barədə razılıq əldə edib.
"Cebheinfo.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevlə görüşdük.
Hava nəqliyyatı, "ağıllı" nəqliyyat sistemləri və dəniz nəqliyyatı sahəsinin rəqəmsallaşdırılması üzrə gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik.
Bu istiqamətdə müvafiq işçi qrupunun yaradılması və bu çərçivədə müzakirələrin aparılması barədə razılığa gəldik", - deyə o qeyd edib.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.