Azərbaycan və İtaliya birgə iqtisadi inkişafı gücləndirə bilər

23.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və İtaliya iqtisadi əməkdaşlığı genişləndirməklə yanaşı, siyasi əlaqələrini də gücləndirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, İtaliya və Azərbaycan kimi sənaye ölkələrinin rəqabətqabiliyyətliliyi birgə iqtisadi inkişafın təmin olunmasına və əməkdaşlığın möhkəmləndirilməsinə imkan yaradır. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.

A.Tayani gələn ilin əvvəlində Türkiyədə keçirilməsi nəzərdə tutulan növbəti hökumətlərarası görüşə də toxunub.

Nazir hər iki ölkənin qarşılıqlı investisiyalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycan şirkətlərinin İtaliyaya yatırdığı sərmayələri yüksək qiymətləndirib. O, SOCAR-ın İtaliyada "Italiana Petroli" (IP) şirkətini əldə etməsini də bu əməkdaşlığın nümunəsi kimi göstərib.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью