Azərbaycan və Karib Ölkələri Birliyi (CARICOM) arasında əməkdaşlıq məsələləri müzakirə edi…
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir. 7 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Kuba Respublikasındakı səf
APA xəbər verir ki, görüş zamanı, Azərbaycan və CARICOM arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
CARICOM-un baş katibinin, eləcə də üzv ölkələrdən yüksək səviyyəli nümayəndə heyətlərinin COP29-da fəal iştirakı, COP29 çərçivəsində həyata keçirilmiş ikitərəfli görüşlər, o cümlədən CARICOM-un öz stendi ilə COP29 pavilyonunda təmsil olunması məmnunluqla qeyd edilib.
Görüşdə CARICOM-un üzv ölkələri də daxil olmaqla Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə göstərilən humanitar yardımlara toxunulub.
Azərbaycan və CARICOM-a üzv dövlətlər arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın təşviq edilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan tərəfinin CARICOM-la əməkdaşlığa göstərdiyi marağın yüksək qiymətləndirildiyini və istər CARICOM təşkilatı ilə birbaşa, istərsə də üzv dövlətləri ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dəstək göstərməyə hazır olduqları bildirilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu