Azərbaycan və Latviya yaşıl enerji istehsalı və ixrac layihələrini müzakirə edib

20.11.2024

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

Energetika naziri Pərviz Şahbazov Latviyanın iqlim və energetika naziri Kaspars Melnis ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.
Məlumata görə, görüşdə Azərbaycanın enerji təhlükəsizliyindəki rolu, yaşıl enerji istehsalı və ixrac layihələri, yaşıl hidrogen tədarükü, həmçinin bərpa olunan enerjinin dayanıqlığını artırmaq məqsədilə enerji saxlanma sistemlərinin tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью