Azərbaycan və Litvanın Avropa İttifaqı çevrəsində ticarət müzakirəsi

27.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadiyyat naziri Mikayıl Cab­barov Litvanın xarici işlər naziri Kestutis Budrislə görüşüb. Görüşdə Azərbaycan və Litva arasında Stra­teji Tərəfdaşlıq haqqında Birgə Bə­yannamənin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaratdığı im­kanlar nəzərdən keçirilib.

Sənədin ticarət, investisiya və nəqliy­yat sahələrində ikitərəfli əlaqələrin inkişa­fına yeni təkan verəcəyi qeyd olunub.

Tərəflər qarşılıqlı ticarətin şaxələndi­rilməsi, investisiya əlaqələrinin inkişafı və Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi barədə fikir mübadiləsi aparıb­lar. Energetika, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Nəqliyyat və logistika sahələrində əlaqələrin genişləndirilməsi perspektivlərinə də toxunulub.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin və Litva Sənayeçilər Konfederasiyasının birgə təş­kilatçılığı ilə Azərbaycan-Litva dəyirmi masası keçirilib.

Məclisdə hər iki ölkədən rəsmi şəxslər­lə yanaşı, kənd təsərrüfatı, tikinti, sənaye, energetika, logistika, nəqliyyat, İKT, ma­liyyə, turizm, ticarət və xidmət sektorların­da fəaliyyət göstərən 30-dan çox şirkətin nümayəndəsi iştirak edib.

Ölkəmizdə səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris qeyd edib ki, Avropa İttifaqından kənar regional tərəfdaşlarla iqtisadi əlaqələrin gücləndi­rilməsi getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın iqtisadi və strateji əlaqələrini şaxələndirmək səylərin­də mühüm tərəfdaşdır. Azərbaycanın Av­ropa ilə Asiyanın kəsişməsində yerləşməsi, enerji resursları və regional bağlantıların inkişafındakı rolu onu Avropanın qaz təc­hizatının şaxələndirilməsinə və enerji təh­lükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verən tərəfdaş edir.

İqtisadiyyat nazirinin birinci müavi­ni Elnur Əliyev Azərbaycan və Litva ara­sında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçi­rilməsi üçün geniş imkanların olduğunu bildirib. O, Litva şirkətlərini Azərbaycanın investisiya imkanlarından yararlanmağa, birbaşa biznes əlaqələrini gücləndirməyə və əməkdaşlığı konkret layihələrlə geniş­ləndirməyə dəvət edib.

Görüşdə Kiçik və Orta Biznesin İn­kişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi tərəfindən ölkəmizin investisiya imkanlarına, Litvanın Azərbaycandakı sə­firliyi tərəfindən isə Litvanın investisiya potensialına dair təqdimatlar keçirilib.

Dəyirmi masa çərçivəsində Azərbay­can və Litva şirkətləri fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью