Azərbaycan və Maldiv arasında iki memorandum imzalanıb Xəbər saytı Son xəbərlər və Hadisələr

15.11.2024

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda maldivli həmkarı Abdulla Xalil ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə iqtisadiyyat, ticarət, turizm və s. sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və xidməti pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"i və "Respublikanın Dövlət Turizm Agentliyi arasında Anlaşma Memorandumu"nu imzalayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью