Azərbaycan və Meksika arasında futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib

22.04.2025

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib.

Səfir 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil ediləcək dünya çempionatı barədə ümumi məlumat verib, azərbaycanlı azarkeşləri mundial zamanı ölkələrində görməkdən məmnun olacaqlarını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью