Azərbaycan və Mərkəzi Asiya liderləri Məşvərət Görüşü keçirəcək

21.08.2026

Icma.az bildirir, Azvision portalına istinadən.

Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.
Mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları ticarət, energetika, turizm, nəqliyyat dəhlizlərinin inkişafı və regionda mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcək, həmçinin regional təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın aktual istiqamətləri üzrə fikir mübadiləsi aparacaqlar.
Səbinə Həsənova
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью