Azərbaycan və Misirə aid rəsm əsərlərinin sərgisi keçirilib

28.02.2025

Icma.az, 525.az saytına istinadən bildirir.

Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Esmeralda rəsm studiyası"nın təşkilatçılığı ilə orta məktəb şagirdlərinin və bəzi rəssamların sərgisi keçirilib.

525.az xəbər verir ki, sərgidə Azərbaycan və Misirə aid rəsm əsərləri nümayiş etdirilib.

Sərginin açılışını edən mərkəzin müdiri Tarek Mohammad qonaqları salamlayıb və  Misiri görmədikləri halda belə möhtəşəm rəsm əsərlərini ərsəyə gətirdikləri üçün iştirakçılara təşəkkürünü bildirib. Mərkəz rəhbəri onlara yaradıcılıq uğurlar arzu edib.

Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью