Azərbaycan və Moldova ticarət iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər |…
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mixov və Azərbaycanın Mol
Moderator.az-ın məlumatına görə, bu barədə Moldova Xarici İşlər Nazirliyi xəbər yayıb.
Görüşdə tərəflər Moldova-Azərbaycan münasibətlərinin müsbət dinamikasını qeyd edərək, ikitərəfli gündəliyin prioritet məsələlərini nəzərdən keçiriblər.
"Müzakirələrdə bu il ikitərəfli səfərlərin koordinasiyası, həmçinin Kişinyovda nazirliklərarası siyasi məsləhətləşmələrin növbəti raundu və ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının təşkilinə xüsusi diqqət yetirilib", – məlumatda vurğulanır.
Həmçinin ikitərəfli hüquqi bazanın genişləndirilməsi, regional təhlükəsizlik sahəsində son hadisələr, eləcə də ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub.
Tərəflər ayrıca beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlığın vacibliyini vurğulayıblar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu