Azərbaycan və Özbəkistan: Dostluqdan müttəfiqliyə aparan yol VİDEO

21.08.2026

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Azərbaycan–Özbəkistan münasibətləri son illər Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi və şəxsi dostluğu sayəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Adalet.az xəbər verir li, son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin həyata keçirilməsi iki ölkə arasında əlaqələrin yüksək dinamika ilə inkişaf etdiyini göstərir. 2024-cü ildə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”, 2025-ci ildə isə “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb.

Siyasi münasibətlərlə yanaşı, iqtisadiyyat, energetika, nəqliyyat, təhsil, mədəniyyət və turizm sahələrində də əməkdaşlıq genişlənib. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb, birgə layihələrin icrası sürətləndirilib.

Füzulidə yaradılan 1000 hektarlıq “Dostluq bağı”, tələbə mübadiləsi proqramları və qarşılıqlı investisiyalar qardaş ölkələr arasındakı möhkəm əlaqələrin bariz nümunəsidir. Azərbaycan–Özbəkistan münasibətləri bu gün qarşılıqlı etimada, dostluğa və müttəfiqliyə əsaslanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью