Azərbaycan və Özbəkistan XİN rəhbərləri danışdı

20.06.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan xarici işlər naziri Baxtiyar Saidovla telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baxtiyar Saidov “X” sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, həmçinin müxtəlif səviyyələrdə keçiriləcək qarşıdakı tədbirlərin qrafiki ilə bağlı fikir mübadiləsi aparılıb.
“Xüsusi diqqət qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və logistika, enerji və digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəldilib. Telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub”, - nazir əlavə edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью