“Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq beynəlxalq arenada da getdikcə güclə…
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri vacib məqamlarla yadda qaldı.
Səfər zamanı Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniştərkibli görüşdə bir daha gələcək əməkdaşlığa dair mesajlar verildi.
Bakıda imzalanan yeni sənədlər isə ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcək.Bir daha aydın oldu ki, dostluq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Pakistan münasibətlərinin ikitərəfli, o cümlədən çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün yaxşı potensial mövcuddur.
Ölkələrimiz regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində geniş əməkdaşlıq imkanlarına malikdir.
Azərbaycan eyni zamanda ötən ilin sonunda Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı - D-8-in üzvüdür.
Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir.
Rəsmi İslamabad bu vaxta qədər həmişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib.
Tam oxu
Xəbəri oxu